Moldova Azərbaycanlıları Konqresi 2001-ci ildən Kişinyov şəhərində fəaliyyət göstərir

18:23 - 8 Noyabr 2017 - KİVDF

Konqres bəşəri dəyərlərin və mütərəqqi milli ənənələrimizin, dilimizin, mədəniyyətimizin daşıyıcısı olub, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında öz fəallığıı ilə seçilib


Moldova Azərbaycanlıları Konqresinin Moldovada yaşayan bütün azərbaycanlıların vahid ideya ətrafında birləşməsi, soydaşlarımızla əlaqələrin genişləndirilməsi, onlar arasında birlik və həmrəylik hisslərinin gücləndirilməsində müstəsna rolu var. 2001-ci ildən Kişinyov şəhərində fəaliyyət göstərir Moldova Azərbaycanlıları Konqresi daim bəşəri dəyərlərin və mütərəqqi milli ənənələrimizin, dilimizin, mədəniyyətimizin daşıyıcısı olmuş, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında öz fəallığıı ilə seçilmişdi. Moldova Azərbaycanlıları Konqresinin sədri Vuqar Novruzovdur.  Mübariz Novruzov bildirib ki, Moldovada beş mindən çox azərbaycanlı yaşayır. “Onların əksəriyyəti Moldovaya gənc mütəxəssis olaraq sovet dövründə təyinat alıb. Burada yaşayan həmvətənlərimiz müxtəlif sahələrdə fəaliyyət göstərirlər, onların arasında dövlət və bələdiyyə strukturlarında, böyük şirkətlərdə top menecer vəzfələrində çalışanlar, o cumlədən sahibkarlıqla məşğul olanlar da var. Moldova coxdan yaşayan və onun vətəndaşı olan azərbaycanlılar bu gözəl ölkəni artıq özlərinə ikinci Vətən hesab edirlər”. 
Konqresinin sədri qeyd edib ki, rəhbərlik etdiyi qurumun məqsədi Moldovada yaşayan azərbaycanlıların mənafeyinin və hüquqlarının qorunmasıdır, ölkədə milli mədəniyyətimizin, dilimizin və digər milli mənafelərimizin qorunub saxlanması üçün şərait yaratmaq, eyni zamanda xalq diplomatiyasının dəstəyi ilə mövcud Azərbaycan-Moldova dostluq və əməkdaşlıq münasibətlərini inkişaf etdirməkdir. Hazırda MAK-ın nəzdində Azərbaycan dilini və tarixini tədris edən “Həftəsonu” məktəbi fəaliyyət göstərir. Bununla yanaşı, MAK-da Azərbaycan mədəniyyətini və musiqisini təbliğ edən rəqs ansamblı da yaradılıb. MAK-ın mətbu orqanı olan“Araz” qəzeti isə buradakı Azərbaycan diasporunun həyatı ilə bağlı yenilikləri, habelə Azərbaycanda gedən sosial-iqtisadi inkişaf prosesləri ilə bağlı məlumatları yerli ölkə ictimaiyyətinə çatdırır. Konqres Mərkəz, Cənub, Şimal, Şərq və Qərb regionları olmaqla 5 regional təşkilatı özündə birləşdirir. Konqres bir sıra tədbirlərdə yaxından iştirak edir.  Məsələn, erməni işğalçıları Füzuli rayonunun Alxanlı kəndində faciə törətdikdə, növbəti aqressiya göstərdikdə, Moldova Azərbaycanlıları Konqresi dərhal bununla bağlı Şuranın növbədənkənar iclasını çağırıb, orada bəyanat qəbul edib. “Bizim bəyanatımızı Moldova mətbuatı, o cümlədən dövlət informasiya agentliyi üç dildə (rumın, rus və ingilis dillərində) geniş şəkildə işıqlandırdı”, Vuqar Novruzov deyib.Onun sözlərinə görə, Ermənistan səfirliyi qarşasında etiraz aksiyası da keçiriblər.
 Moldovada yaşayan türk və qaqauz ictimai təşkilatlarının nümayəndələrinin də qatıldığı aksiya Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc sakinlərinə qarşı törətdikləri vəhşiliklərə etiraz məqsədilə təşkil edilib. Aksiyada Ermənistan ordusunun işğalçı siyasətini nümayiş etdirən plakat və banerlərdən istifadə olunub. İştirakçılar Ermənistan səfirliyinin binası qarşısında, iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində həlak olmuş 2 yaşlı körpə Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyevanın şəkillərini nümayiş etdirib, Ermənistanın işğalçılıq siyasətini pisləyən şüarlar səsləndiriblər.
Aksiyada çıxış edənlər Azərbaycan torpaqlarının işğaldan azad olunmasını, beynəlxalq ictimaiyyətin Ermənistanın təcavüzkar siyasətinə son qoyulması üçün qəti tədbirlər görməsini tələb ediblər. 
Moldova Azərbaycanlıları Konqresi Moldovada bir sıra sərgilərdə də iştirak edir. 2016-cı ilin 3 dekabr tarixində Moldovanın ən böyük sərgi kompleksi olan Kişinyovun Moldekspo sərgi mərkəzində təşkil olunan ənənəvi xeyriyyə Milad Yarmarkasında Azərbaycan Respublikasının Moldova Respublikasında Səfirliyi Moldova Respublikasında xalqımızın mədəniyyətinin, incəsənətinin və tarixinin təbliğatı sahəsində böyük işlər görən Moldova Azərbaycanlıları Konqresi(MAK) ilə birgə öz pavilyonunu açmış və orada Azərbaycan milli yeməklərini, suvenirlərini, ölkəmiz haqqında müxtəlif kitab və jurnalları, təqdim edib. Azərbaycan pavilyonu böyük marağa səbəb olub. Gün ərzində buraya minlərə insan gəlib. 
Vüqar Novruzov bildirib ki, Moldovadakı Azərbaycan diasporu buradakı sayı çox olan millətlərin diasporu ilə müqayisədə belə çox aktiv görünür. Bu, istər ictimai, istər mədəniyyət və sosial-hümanitar sahələrdə də özünü göstərir. “ Baxmayaraq ki, bizim hazırda Moldova parlamentində birbaşa millət vəkilimiz yoxdur (bir neçə il əvvəl olub-Fərman müəllim Nuriyev ), amma dövlət və yerli hakimiyyət strukturlarında işləyənlərimiz var. Ümumiyyətlə Moldovada yaşayan azərbaycanlıların şəxsi əlaqələri, dostluqları, nüfuzları sayəsində Azərbaycan diasporunun gücü böyükdür və sözü yüksək səviyyələrdə keçərlidir. Konqres isə cəmiyyətdə artıq çox ləyaqətli bir mövqe tutur”.
Bundan başqa, Moldova Azərbaycanlıları Konqresi (MAK) 2005-ci ildə ölkənin paytaxtı Kişinyov şəhərinin mərkəzi parklarının birində Azərbaycanın dahi şairi Nizami Gəncəviyə heykəl ucaldıb. Bu heykəlin açılışında Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və Moldovanın o vaxtkı prezidenti cənab Vladimir Voronin də iştirak ediblər. “Biz Moldovada demək olarki "Nizami dünyası" yaratmışıq. İlk öncə qeyd etmək istərdim ki, dahi Nizaminin aforizmlərini rumın dilinə tərcüməsini və miniatür kitab formatında dörd dildən ibarət nəşrini təşkil etmişik. Aforizmləri rumın dilinə məşhur yazıçı İon Xadırka tərcümə etmişdir. MAK tərəfindən Nizami Gəncəvi adına təqaüd və mükafat təsis edilib. Təqaüd Moldova ali məktəbləri və litseylərində təhsil alan, təhsil ili çərçivəsində fərqlənən, o cümlədən Azərbaycanın tarixini və mədəniyyətini bilən tələbə və şagirdlərə verilir. Nizami Gəncəvi adına mükafat isə Azərbaycanı Moldovada tanıdan, iki ölkə arasında əlaqələrin və mədəniyyətlərin inkişafına samballı töhfə verən ictimai, siyasi xadimlərə, elm və mədəniyyət nümayəndələrinə təqdim olunur. Bu günə qədər 3 nəfər bu mükafata layiq görülüb. Onlardan biri Nizaminin aforizmlərini rumın dilinə tərcümə edən tanınmış şair İon Xadırkadır. Digərləri Azərbaycan musiqilərini Moldovanın qədim musiqi aləti nayda(neydə) ifa edən və onlari "Anthology of Azerbaijan music on Moldavian pan-flute" adlı alboma çevirən xalq artisti, Konstantin Moskoviç və Moldovada yaxşı tanınan, daim Azərbaycanla bağlı yazılarla diqqəti cəlb edən şair İon Antondur”.

Vüqar Novruzov deyib ki, Kişinyov şəhərində hər il müntəzəm olaraq keçirilən etno-mədəni festivalda Moldovada yaşayan azsaylı xalqlar öz mədəniyyət nümunələrini nümayiş etdirirlər. “Azərbaycan diasporası da hər il həmin festivalda "Azərbaycan evi" ilə təmsil olunur. Bu il 15-ci festival baş tutdu. Son festivalda da Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini , vətənimizin əldə etdiyi müasir uğurları, milli mətbəximizi, rəqsimizi və musiqimizi layiqli şəkildə nümayiş etdirmişik. Həmçinin bu festivalda MAK Azərbaycan səfirliyi və Moldovada təhsil alan Azərbaycanli gənclər təskilatıyla birgə Gəncə şəhərinin "2016 –cı il Avropa Gənclər Paytaxtı" secilməsinə həsr olunmuş geniş sərgidə təşkil etmişdik”
Onun sözlərinə görə, Azərbaycan diasporası olaraq bir sıra milli bayramları Moldovada hər il qeyd edirlər. “Bunlardan "Novruz bayramı"mızın adını çəkmək istərdim. Bu bayrama Moldovada böyük maraqla yanaşılır və əminliklə demək olar ki, "Novruz bayramı" artıq ümummoldova mədəniyyətinin tərkib hissəsinə çevrilib. 
Xüsusilə geyd etmək istərdimki, Azərbaycan səfirliyi Moldovada fəaliyyətə başladığı zamandan bu günə qədər MAK-la səfirlik arasında səmərəli münasibət və əməkdaşlıq fəaliyyəti qurub, tədbirlərimizin də əksəriyyətini bərabər həyata keçirmişik, eləcə də bu istiqamətdə fəaliyyətimizi uğurlua davam etdiririk.

(ardı var)

Xəbər xətti