Azərbaycan-Rusiya sərhədində yeni körpünün təməli qoyulub

12:15 - 18 Oktyabr 2017 - Xəbər

Azərbaycan-Rusiya sərhədində Samur çayı üzərində avtomobil körpüsünün təməlqoyma mərasimi keçirilib. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, mərasimdə Rusiya tərəfdən nəqliyyat naziri Maksim Sokolovun rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycan tərəfdən isə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Təməlqoyma mərasimi Azərbaycanın “Samur” gömrük buraxılış məntəqəsi və Dağıstanın Məhərrəmkənd rayonunda yerləşən “Yaraq-Qazmalar” buraxılış məntəqəsinin ərazisində baş tutub.
Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisi barədə hökumətlərarası saziş 2013-cü il sentyabrın 13-də imzalanıb.
Yeni körpü 1957-ci ildə inşa olunmuş körpünü əvəz edəcək.
Körpünün uzunluğunun 325,3 metr, eninin 17,3 metr olması nəzərdə tutulur.
Körpü üç zolaqlı olacaq.


Xəbər xətti