Ana səhifə
15 Dekabr 2017

Azərbaycana gələn turistlərin sayında 7 faiz artım olub

 "Ötən ilin sentyabr ayı ilə müqayisədə bu il Azərbaycana gələn turistlərin sayında 7 faiz artım olub". Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Onun sözlərinə görə, əvvəl insanlar və ticarət obyektlər Bakı Ticarət Festivalına ("Baku Shopping Festival") qoşulmağa ehtiyatla yanaşırdı: "Ötən il ƏDV qaytaran və festivalda iştirak edən obyektlərin sayı 172 idisə, bu dəfə 467 müəssisə qeydiyyatdan keçib. ƏDV qaytarmayan, amma endirim tətbiq edən partnyorların sayı ilk dəfə 33 idisə, bu dəfə 111-dir. Ötən il iştirakçıların sayı 205 idisə, bu il üçün 578-dir".

Nazir bildirib ki, festivalda partnyor kimi iştirak edəcək supermarketlərdə endirimlər qida məhsullarına şamil edilməyəcək: "Burada sırf elektron texnikaları üçün ƏDV qaytarılmalıdır".
Ə.Qarayev vurğulayıb ki, növbəti ildə turistlər üçün xüsusi imtiyaz kartı tətbiq olunacaq: "Bununla bağlı iş gedir. Məsələ təhlil edildikdən sonra saya görə hazırlıq ediləcək".report

Tarix
12 Oktyabr 2017 [12:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ