Prezident: "Azəri-Çıraq-Günəşli" yataqlarının işlənməsinə dair yeni kontrakt Azərbaycan üçün daha əlverişli, daha yaxşı şərtlərlə imzalanır"

09:49 - 14 Sentyabr 2017 - ÖLKƏ İÇİ

“Bu gün Azərbaycan üçün əlamətdar və tarixi bir gündür. "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsində yeni dövr başlayır”.

Bunu bu gün "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə əlaqədar keçirilən mərasimdə Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, bu gün imzalanacaq kontraktın ölkəmiz üçün böyük əhəmiyyəti var: “Bu yataqların işlənməsi 2050-ci ilə qədər uzadılır. Bu kontrakt Azərbaycan üçün daha əlverişli, daha yaxşı şərtlərlə imzalanır. Kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar ətrəfinlən 3,6 miyard dollar bonus ödəniləcək. SOCARı-n payı 25 faizə qaldırılır. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək".

Prezident qeyd edib ki, “Əsrin müqaviləsi" imzalanan zaman "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda 511 milyon ton neft olduğu ehtimal edilirdi.  Ancaq ehtiyatlar proqnozları üstələdi. Hazırda "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda hasil edilməmiş 500 milyon ton neft var”.

Xəbər xətti