Sabahın havası açıqlanıb

12:43 - 23 Avqust 2017 - ÖLKƏ İÇİ

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 24-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq.
Şimal-şərq küləyi əsəcək. Abşeron yarımadasında gecə 22-25° isti, gündüz 32-37° isti, Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-55 % olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°,Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.
Rayonlarda yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək.
Gecə 20-25°, gündüz 36-41° isti, dağlarda gecə 14-19°, gündüz 25-30° isti olacağı gözlənilir.

Xəbər xətti