"Araz" marketdə biabırçılıq: kiflənmiş kolbasa, milçək... - FOTO- AÇIQLAMA

10:56 - 8 Avqust 2017 - Xəbər

Bakıda "Araz" marketlər şəbəkəsində anti-sanitar vəziyyətlə bağlı Araz Supermarketlər Şəbəkəsindən açıqlama verilib.  Supermarketlər Şəbəkəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Ucnoqta.az-a verilən məlumata görə, Supermarketlər Şəbəkəsi müştəri məmnuniyyətinə daima önəm verərək, müştərilərinə təzə və keyfiyyətli məhsullar təqdim edir.
"Qeyd edilən hal ilə bağlı isə bildirilir ki, Araz Supermarketlər Şəbəkəsində kolbasa və bu kimi digər məhsullara hər gün nəzarət olunur. Bu məhsulların saxlanma şəraitinə ciddi əməl olunur. Ümumiyyətlə isə servelat kolbasalarının üzərində adətən ağ rəngli təbəqə müşahidə olunur ki, bu da duzdur. Bu növ kolbasalarda saxlanma şəraitindən aslı olmayaraq duzlanma müşahidə olunur. Yəni kolbasanın üzəri bağırsaqla örtülü olduğu üçün məhsuldakı duz kütləsi bağırsağın üzərində toplanır. Buzovna qəsəbəsində fəaliyyət göstərən sözügedən market yeni fəaliyyətə başlayıb və burada bütün infrastruktur yenidən qurulub. 

Müştərilərimiz hər hansı xoşagəlməz halla qarşılaşarlarsa (012) 924 nömrəsinə zəng etmələrini xahiş olunur". 

***
10:56

Bakıda "Araz" marketlər şəbəkəsində anti-sanitar vəziyyət hökm sürür. Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən "Araz" marketdə ət və balıq məhsullarının üzərində milçəklər dolaşır. Həmçinin, həmin marketdə kiflənmiş kolbasalar da satılır.
Sözügedən görüntüləri təqdim edirik:

(primetime.az)


Xəbər xətti