Adı narkotik istifadəçisi kimi hallanan Damla: "Bəsdirin, məni gözdən saldınız"

10:28 - 8 Avqust 2017 - MAQAZİN

Müğənni Damla adını narkotik istifadəçisi kimi hallandıran insanlara sərt reaksiya bildirib. Xəbər verdiyimiz kimi müğənni Damlanın (Məsmənin) adı narkotik istaifadəçisi kimi hallanır. Deyilənlərə görə, ifaçı narkotik aludəçisi olduğu üçün bəzən ayın tarixini bilmir və bu səbəbdən günlərlə evdə yatmış vəziyyətdə qalır. Məsələ ilə bağlı ittiham olunan müğənni özü də aydınlıq gətirib. Onun sözlərinə görə, haqqında səsləndirilən bu fikirlər əsassızdır.

“Haqqımda bu fikirləri səsləndirməklə məni yox, özünüzü gözdən salırsınız. Deyilənlərə nə ad vermək olar? Mənim həyatımı müzakirə etməkdən zövq alırsınız. Deyəsən, elə bu yazını narkotik istifadə edəndən sonra yazmısınız. Ev üzü görməyən, istirahət etməyə bir saat belə vaxtı olmayan insan necə yatıb qala bilər ki? Hər gün getdiyimiz məkanlardan olan paylaşımları görməyəcək dərəcədə şüursuzsunuz? İşimlə bağlı məsələ olsa, onu sizə verməliyəm? Yazıblar ki, zəng etsək də cavab verən olmadı. Bizim telefonumuz 24 saat açıq olur. Siz kimə və hansı nömrəyə zəng etmisiniz? Haqqımda bu fikirləri deyən insan, sənə səslənirəm. Evində ailən, övladın yoxdur? Hansı haqla ağzınıza gələni yaza bilirsiniz? Bəsdirin, məni gözdən saldınız. ”

İfaçı həmçinin onu ulduz xəstəliyinə tutulub söyləyənlərə də münasibət bildirib:

“Vallah, mən ulduzluğu, zirvənin ucalığını, məşhurluğu dər edən insan deyiləm. Çünki hər şeydən uca Allahdır. Biz gündüz-gecə əziyyət çəkərək işləyən və hər gün yollarda olan insanlarıq. Kim nə deyirsə, desin.”

Xəbər xətti