Üstündə prezidentin şəkli olan 200 manatlıq "kupalnik" FOTOLARI

13:40 - 7 Avqust 2017 - MARAQLI

Rusiyada üzərində prezident Vladimir Putinin əksi olan çimərlik geyimləri satışa çıxıb. Artıq çimərlik geyimlərinin tikiş sexlərindən birində tikilməsinə start verilib. Çəhrayı rəngdə olan "kupalnik"in üzərində əks edilən Putin əlində ördək balası tutub. Ölkənin əsas modellərindən biri Viktoriya Bonya artıq Kaliforniya çimərliklərində bu geyimlər fotolar çəkdirməyə başlayıb. O, "İnstagrama" fotolarını "bizim prezident trenddir" şərhi ilə yerləşdirib. Vladimirskdəki tikiş evinin direktoru deyir ki, yeni mövsüm üçün maraqlı print axtarışında olublar. Bu zaman internetdə Putinin adıçəkilən fotosunu tapıblar. Çimərlik geyiminin qiyməti 7, 5 min rubldur (təüribən 213 manat).Lakin baha qiymətə baxmayaraq həm Rusiya, həm də ölkə xaricindən olan sifarişlərin sayı hər gün artır. (istipress)

 

Xəbər xətti