Ana səhifə
21 Aprel 2018

Almaniya Avropa İttifaqını Türkiyəyə iqtisadi təzyiq göstərməyə çağırıb

Almaniya hökuməti Avropa İttifaqının icra orqanı Avropa Komissiyasına müraciət edərək Türkiyə ilə Gömrük Birliyi anlaşmasının yenilənməsinin təxirə salınmasını istəyib.APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Almaniya Avropa Komissiyasından Türkiyəyə iqtisadi təzyiq göstərilməsini də tələb edib.
Bu tələblər Almaniya tərəfindən Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini və Avropa Komissiyasının genişlənməyə məsul nümayəndəsi Yohhanes Hana göndərilən məktubda əksini tapıb. Məktubda Aİ üzvlüyünə hazırlıq mərhələsi çərçivəsində Türkiyəyə ayrılan maddi yardımların kəsilməsi məsələsinin konkretləşdirilməsi tələb edilir. Eyni zamanda, Berlin hesab edir ki, Aİ Türkiyə ilə Gömrük Birliyi anlaşmasının müasirləşdirilməsi mövzusunda Ankara ilə aparılan müzakirələri dondurmalı, demokratiya vıə hüququn üstünlüyünə hörmək etməsi üçün Türkiyəyə təzyiq göstərməlidir.  
Qeyd edək ki, Türkiyə ilə Almaniya arasında bir müddətdir gərginlik hökm sürür. Gərginliyin səbəbi Almaniyanın Türkiyədə hərbi çevriliş cəhdində ittiham edilən hərbçilərə, mülki şəxslərə, eləcə də Türkiyədən mühacirət etmiş jurnalistlərə sığınacaq verməsi, Türkiyənin isə Almaniya vətəndaşı olan jurnalisti və hüquq müdafiəçisinin həbs etməsidir.

Tarix
1 Avqust 2017 [13:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ