Hülya Avşardan Zəhra ilə bağlı paylaşım - FOTO

10:09 - 7 İyul 2017 - Xəbər

Türkiyəli müğənni-aktrisa Hülya Avşar da ermənilər tərəfindən öldürülən 18 aylıq Zəhraya biganə qalmayıb. Ucnoqta.az axşam.az-a istinadən bildirir ki, sənətçi 2,1 milyon izləyicisi olan İnstaqram səhifəsində "Bunun adı terrordur. Uşaq qatilləri cəzasız qalmamalıdır" başlıqlı yazı paylaşıb. H.Avşar, eyni zamanda, Türkiyədə yaşayan iş adamı Mübariz Mənsimovun hadisə ilə bağlı şərhini paylaşaraq terroru lənətləyib. Qeyd edək ki, bundan əvvəl müğənni Hadisə və Mahsun Kırmızıgül də Zəhra ilə bağlı paylaşım etmişdi.


Xəbər xətti