Avtobusu minik avtomobili ilə toqquşdu: xəsarət alanlar var - FOTO

09:43 - 7 İyul 2017 - HADİSƏ

Bakıda minik avtomobili ilə sərnişin avtobusu toqquşub. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda, Lökbatan qəsəbəsində, "Sədərək" ticarət mərkəzinin yaxınlığında qeydə alınıb.

"Dewoo" markalı avtobusla "Opel" markalı minik avtomobilinin toqquşması nəticəsində minik avtomobilində olan 1964-cü il təvəllüdlü Məmmədov Sabir, 1986-cı il təvəllüdlü Nəcəfov Elşad, 1979-cu il təvəllüdlü Fuadov Rəşid və 1970-ci il təvəllüdlü Məmmədov Vüqar ağır xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Əraziyə yol polisi əməkdaşları cəlb edilib.

Minik avtomobili deformasiyaya uğradığından cərimə meydançasına aparılıb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.


Xəbər xətti