Bakıda maşın qarajın içində yandı – FOTO

15:12 - 5 İyul 2017 - HADİSƏ

Bakının Nəsimi rayonu, 4-cü mkr. Cavadxan 68 ünvanında yerləşən qarajların birində yanğın hadisəsi baş verib. Ucnoqta.az yenicag.az-a istinadən xəbər verir ki, yanğın nəticəsində qarajda olan “Hyundai” markalı avtomobil, eləcə də iki velosiped yanıb. Hadisə yerinə dərhal yanğınsöndürənlər, eləcə də polis əməkdaşları cəlb olunub. Hələlik yanğının hansı səbəbdən baş verdiyi bilinmir.

Həmin anın fotolarını təqdim edirik:


Xəbər xətti