Raket mərmisi çimərliyə düşdü - 5 ölü, 25 yaralı

10:22 - 5 İyul 2017 - HADİSƏ

Liviyanın paytaxtı Tripolidə çimərliyə raket mərmisinin düşməsi nəticəsində 5 nəfər ölüb, daha 25 nəfər yaralanıb. Ölkə rəsmilərinin verdiyi məlumata görə, insident Mitiq aeroporunun qarşısında yerləşən çimərliyə düşüb. Ölənlər arasında azyaşlı uşağın olduğu da bildirilir. Liviya DİN-dən verilən məlumatda isə həmin gün aeroporta yaxın ərazilərdə silahlı qruplaşmalarla döyüşlər aparıldığını qeyd edilib.

Xəbər xətti