Qiyamətin qorxusundan görün nə etdi - FOTO

11:17 - 4 İyul 2017 - MARAQLI

ABŞ sakini dünyanın başına böyük fəlakətlər gələcəyi təqdirdə həyatını qorumaq qərarına gəlib. O, bu məqsədlə özünə sığınacaq inşa edib.

Sığınacağı inşa etmək üçün öncə böyük bir çuxur qazıb. Daha sonra böyük bir konteyner alıb. Yerin altında çürüməsini əngəlləmək üçün konteyneri rəngləyib və ona qapı qoyub.

Qazdığı çuxurun döşəməsinə çınqıl töküb və qaldırıcı vasitəsilə konteyneri çuxura yerləşdirib. Konteynerin üstünü və ətrafını betonladıqdan sonra sığınacağın içinə normal bir insanın yaşayışı üçün lazım olan əşyalar yerləşdirib.( Publika.az)


Xəbər xətti