"Niva" körpüdən aşdı: 2 yaralı – Qusarda

16:37 - 3 İyul 2017 - HADİSƏ

Qusar rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Qusarın Kuzun kəndində baş verib. Belə ki, kənd ərazisində "Niva" markalı avtomobil körpüdən aşıb. Nəticədə "Niva"da olan 2 sərnişin ağır yaralanıb. Avtomobili idarə edən Qusar sakini Zahid Əzizov hadisə yerində ölüb. Yaralılar Əbilşah Balamətov və sürücünün həyat yoldaşı Nəzifə Əzizova olub. Yaralılar dərhal Qusar Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Qusar hüquq mühafizə orqanlarında araşdırma aparılır. 

Xəbər xətti