Bakıda yolüstü piyada keçidlərində xəbərdaredici məlumatlar olacaq - FOTO

14:10 - 3 İyul 2017 - Xəbər

Bakı Nəqliyyat Agentliyi daha bir yeniliyə imza atıb. Ucnoqta.az-ın məlumatına görə, yolüstü piyada keçidlərində vətəndaşların yolun hərəkət hissəsində diqqətli olmaları üçün yerə xəbərdaredici məlumatlar yazılır.

İlk olaraq “Sovetski layihəsi” çərçivəsində salınan yollarda tətbiq edilən bu yeniliyi gələcəkdə bütün Bakı yollarında görmək mümkün olacaq. 


Xəbər xətti