Ən yüksək qonorar alan məşhurlarlar - FOTO

12:50 - 16 İyun 2017 - MARAQLI

Forbes növbəti illik reytinq cədvəlini dərc edib. Şou-biznes, idman, ədəbiyyat nümayəndələrinin ilk onluqda göz qamaşdıran illik gəlirləri ilə sizi də tanış edirik.

Şon Kombs - 130 milyon dollar

Bir neçə təxəllüs dəyişərək, hazırda Diddi ləqəbi ilə tanınan amerikalı repçi son 1 ildə 130 milyon dollar qazanaraq cədvələ başçılıq edir. Musiqiçi bu məbləğin demək olar ki, yarısını siması olduğu paltar satışından əldə edib. Gəlirin bir qismi Britaniyanın məşhur alkoqol nəhəngi sayılan “Diageo”nun reklam kampaniyasından qazanılır. Və bir qismi də təbii ki, son konsertlərinə satılan biletlərdən əldə olunub.

Beyons - 105 milyon dollar

İkinci yerdə pop-diva Beyons qərarlaşıb. Demək olar ki, ilin bütün gəliri məhz sənəti ilə bağlıdır. Müğənni aktiv qostrol səfərləri edib: "Formation" adlı tur çərçivəsində bütün dünyada konsert verib və "Lemonade" adlı albom buraxıb. İndiyə qədər onun qrafiki bu qədər gərgin olmurdu, məsələn, 2016-cı ildə nəinki ikincilik, heç “Top-10”da belə yer tuta bilməmişdi.

Con Roulinq - 95 milyon dollar

Nə qədər qəribə olsa da, üçüncü yerdə məhz yazıçı qərarlaşıb. Harri Potter kitabının müəllifi olan xanım yazıçının satışdan əldə etdiyi gəlir nə az, nə çox 95 milyon dollar təşkil edib.

Dreyk - 94 milyon dollar

Kanadalı repçi Dreyk çox da geri qalmamağa iddialıdır. Dreyk həm də onunla fərqlənir ki, o, “Billboard Music Award”ın 13 nominasiyası üzrə qalıb olub.

Kriştiano Ronaldo - 93 milyon dollar

Nəhayət! Futbol həvəskarlarının 5-ci pilləyə qədər oxuyarkən “Bəs Ronaldo?” təəccübü başa düşüləndir. Məhz 5-ci yeri daim ilk beşlikdə qərarlaşan “Real” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo tutur. Gəlirin bir hissəsi çəkildiyi reklam roliklərindən əldə edilir.

The Weeknd – 92 milyon dollar

"The Weeknd" təxəllüsü ilə çıxış edən kanadalı müğənni Abel Tesfaye son reytinq ilində 92 milyon dollar qazana bilib. Bu il Abel yaradıcılığı ilə öndə olmaqla yanaşı, həm də model Bella Hadid və müğənni Selena Qomeslə romanı yaşaması ilə yadda qaldı.

Hovard Stern - 90 milyon dollar

Teleradio aparıcı Hovard Stern 90 million gəlirlə 7-ci yerdə qərarlaşa bilib. Dəfələrlə qəribə zarafatlarına görə işdən uzaqlaşdırılsa da, o, “Feniks” quşu kimi, daim özünə yeni iş tapa bilib, daha da məşhurlaşıb və varlanıb.

Coldplay qrupu - 88 milyon dollar

“Billboard Music Award”ın “Ən yaxşı rok-tur” nominasiyasının qalıbı olan qrup bu il qostrollardan 88 million dollar gəlir əldə edə bilib.

Ceyms Patterson - 87 milyon dollar

İnspektor Aleks Kross haqda kitablar seriyasının müəllifi yazıçı Ceyms Patterson ötən il olduğu kimi bu il də “Top-10”a düşə bilib. Keçən il 3-cü yerdə olan yazıçı, bu dəfə 87 milyonla 9-cu yerdə qərarlaşıb.

Lebron Ceyms – 86 milyon dollar

Ən çox gəlir əldə edən məşhurlar reytinqini amerikalı basketbolçu Lebron Ceyms tamamlayır. “Klivlend Kavalyers” klubunun oyunçusu bu il 86 milyon dollar qazana bilib. (publika.az)

Xəbər xətti