İki əsas magistralında sürət maksimal həddi azaldıldı - FOTO

14:00 - 13 İyun 2017 - Xəbər

Yağışlı hava şəraiti ilə əlaqədar Bakı şəhərinin iki əsas avtomagistralı - Heydər Əliyev prospektindən Buzovna dairəsinə qədər və Zığ dairəsindən Heydər Əliyev Beynəlxalq Hava Limanına qədər bütün zolaqlar üzrə maksimal sürət həddi 20 km/saat endirilib. Ucnoqta.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

“Hazırda Rəşid Behbudov küçəsi istisna olmaqla, paytaxtın digər küçə və prospektlərində nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə edilir. Bütün sürücülərdən yollardakı sürət həddinə əməl etmələri xahiş edilir”, - deyə məlumatda qeyd olunub.


Xəbər xətti