Bakıda lombarda basqın edən şəxs tutulub

11:36 - 9 İyun 2017 - HADİSƏ

 Bakıda lombarda basqın edən şəxs tutulub.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 26-da Q.Qarayev prospektindəki lombardlardan birinə gələrək oranın sahibindən quldurluq yolu ilə 10.000 manat pul almaqda şübhəli bilinən Bakı şəhər sakini Turan Əkbərov tutulub, həmyerliləri olan daha 3 nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Xəbər xətti