Pəhləvan qız doğuldu: 9 aylıq körpə boydadır - FOTO

14:27 - 8 İyun 2017 - MARAQLI

Qızım, sanki, ağırlıqqaldıran, ya da ağır çəkili güləşçidir. Hətta pəhləvan da demək olar ona. Onu qarnımdan güclə çıxardılar. Kriss Korbittin dünyaya gətirdiyi Karley adlı qızının çəkisi 5,87 kiloqramdır. Karley böyük olduğundan qeysəriyyə əməliyyatı vasitəsilə doğulub. ABŞ-ın Florida ştatındakı Orange Park Medical Center hospitalında dünyaya gəlmiş körpə Karley 9 aylıq uşaq boydadır. "Həkimlər övladımın doğulduğunu dedilər. Amma onlar qızımın çəkisinin 5,87 kq olduğunu söyləyəndə eşitdiyimə inana bilmədim. Hamiləliyim də asan olmadı. Əvvəlcə düşünürdüm ki, bətnimdə əkizlər var. Amma sonra bildim ki, bətnimdəki qızdır", - Kriss deyib. Karley valideynləri Kriss və Larrinin 4-cü övladıdır. (milli.az)


Xəbər xətti