Azərbaycan ən yaxşı yolları olan ölkə seçildi - FOTO

12:18 - 5 İyun 2017 - Xəbər

"The World Economic Forum" beynəlxalq təşkilatın reytinqinə əsasən Azərbaycan MDB məkanında ən yaxşı yolları olan ölkə seçilib. "Azəravtoyol" ASC-dən Ucnoqta.az-a verilən məlumata görə, beynəlxalq təşkilatın reytinqinə əsasən, dünya ölkələri arasında isə Azərbaycan yollarına görə 50-ci yerə layiq görülüb. Bu siyahıda qonşu dövlətlər olan Rusiya 123-cü, Gürcüstan 78-ci, Ermənistan isə 81-ci yerdə qəraralaşıb. Siyahıda Mərkəzi Asiya ölkələri arasında ən yaxşı nəticə Tacikistandadır - 70-ci yer. Dünya ölkələri arasında Qazaxstan 108-ci, Qırğızıstanın adı isə 131-ci çəkilir. Reytinqə əsasən ən yaxşı yollar Fransa, Biləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Portuqaliya və Omandadır. Ən pis yollar isə Moldova, Mozambik, Ukrayna, Mavritaniya, Paraqvay, Konqo və Madaqaskardadır. 

 
 
 
 
 
 

Xəbər xətti