Ana səhifə
21 Sentyabr 2018

Kabildə baş verən partlayışda İran səfiri yaralanıb, Almaniya səfirliyinin mühafizəçisi ölüb

 Bu gün Kabildə prezident sarayı və xarici səfirliklərin yaxınlığında baş verən güclü partlayış nəticəsində İranın Əfqanıstandakı səfiri Momammat Reda Barhami yaralanıb."Reprot" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İranın "İatimad" qəzeti məlumat yayıb.Bildirilib ki, partlayış zamanı həmçinin İranın radio və televiziya nümayəndəliyinin, İRNA dövlət informasiya agentliyinin binası xəsarət alıb.Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel isə partlayış zamanı Almaniya səfirliyinin əməkdaşlarının xəsarət aldığını bildirib.

"Səfirliyin təhlükəsizliyini təmin edən əfqan həlak olub. Onun ailəsinə və yaxınlarına başsağlığı veririk", - nazir deyib.
Yaponiya Xarici İşlər Nazirliyi partlayış nəticəsində diplomatik nümayəndəliyin 2 üzvünün yaralandığını açıqlayıb.
"Pajhwok Afghan News" agentliyi BBC teleradio şirkətinin əməkdaşlarının yaralandığını bildirib. Eyni zamanda, yerli "1TV" telekanalının jurnalistləri xəsarət alıblar. "Tolo News" kanalı isə partlayış nəticəsində "Tolo TV" və "Moby" media qrupunun ştatlı əməkdaşının öldüyünü xəbər verib.
Ümumilikdə Kabilin mərkəzində törədilmiş partlayış nəticəsində 80 nəfər həlak olub, 350-dən çox insan yaralanıb.

Tarix
31 May 2017 [14:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin