Bakı-2017: Azərbaycan daha bir qızıl qazandı

11:29 - 20 May 2017 - İDMAN

Bakı - 2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində bu gün kişilər arasında T11 kateqoriyasında uzunluğa tullanma yarışında Azərbaycan atleti birinci olub. Təmsilçimiz Elçin Muradov 5,76 metr nəticə ilə qızıl medal qazanıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Xəbər xətti