Damla: "Türkiyədə tanınmaq üçün külli miqdarda pul xərcləmərəm"

”Azərbaycan şou-biznesində duet oxumaq istədiyim müğənni yoxdur”. Bu sözləri Lent.az-a açıqlamasında müğənni Damla deyib. O bildirib ki, bu günə qədər heç bir azərbaycanlı müğənni ilə duet oxumağı arzu etməyib: “Elə bir ifaçı yoxdur ki, onunla duet oxumağı arzulayım. Yalnız Azərbaycandan kənarda, türk və özbək estradasından olan bir müğənni ilə duet oxumaq istəyərdim. Məsələn, Ozerbek Nazarbekovla və Türkiyədə Nilufərlə duet oxuyardım”.
Müğənniyə ünvanladığımız ”Aygün və ya Röya ilə duet oxumaq istərdinmi?” sualına belə cavab verib: “Bu dəfə də yalan danışa bilməyəcəm. Nə zamansa ola bilər. Yəni onlardan duet təklifi alaramsa, məmnuniyyətlə qəbul edərəm”.
Damla “bəs özünüz Aygün və Röya”ya duet təklifi edərdinizmi? sualına cavabında isə deyib ki, onun belə fikri yoxdur: “Mən dedim axı, Azərbaycan estradasında elə bir ifaçı yoxdur ki, onunla duet oxumaq üçün səbirsizlənim”.
Damla bildirib ki, heç vaxt Türkiyə şou-biznesinə qatılmaz: “Heç bir zaman Türkiyədə tanınmaq üçün külli miqdarda pul xərcləmərəm. Hər kəs istəyər ki, ölkəsindən kənarda da tanınsın. Onlar bizim ölkəyə gəlib, ciblərinə pul yığıb gedirlər. Bizim ən böyük saraylarımızda konsert verirlər. Televiziyalarımız, saytlarımız onların qabağına qaçıb müsahibə alırlar. Biz niyə gedib onlara pul xərcləməliyik ki?”
İfaçı onu da əlavə edib ki, bizim məşhurlardan Türkiyədə tanınan yalnız Üzeyir Mehdizadədir: “Açıq deyim, 2-3 gün bundan qabaq Türkiyədə idim, orada Üzeyirin mahnısını eşitdim. Düşünürəm ki, orada Üzeyiri tanıyırlar. Mən onların Nilufərini, Funda ararını tanıdığım kimi, istərdim ki, onlar da bizim sənətçiləri tanısınlar”. 

Tarix
17 May [15:49]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

İlk dəfə "CinemaPlus Azerbaijan" kinoteatrı fasiləsiz ‎işləyəcək

Külək 51 yaşlı aktrisanı biabır etdi - FOTO

Külək 51 yaşlı aktrisanı biabır etdi

Zuhal Topalın evlilik verilişi bitir

Gənc aktrisalar Bakıda podiuma çıxdı - FOTOLAR

2017-05-24 13:32:01

Nadir Qafarzadə: Oğluma da tüpürərəm, gəlinimə də...

Nadir Qafarzadə:

Fidan Axundova: “Mən həyatın “döydüyü”, övladı olmayan qadınam: nəyimə paxıllıq edirlər ki?”

“Mən həyatın “döydüyü”, övladı olmayan qadınam: nəyimə paxıllıq edirlər ki?”

Günay: "Açılışlara ödəniş qarşılığında gedirəm"

Damla traktorun üstündə -FOTO

Elnarə Abdullayevanın qərarı: "Sənətdən uzaqlaşıb, mal-qara saxlayacam"

"Sənətdən uzaqlaşıb, mal-qara saxlayacam"

Qoca oliqarxdan aktrisaya biabırçə təklif: "Sevgilim ol, sənə "Porşe", Torqovıda ev alım"

Qoca oliqarxdan aktrisaya biabırçə təklif:
Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.