Pirallahıda suyun verilməsində məhdudiyyətlər olacaq

16:58 - 28 Aprel 2017 - Xəbər

Bakı şəhəri Pirallahı qəsəbəsini içməli su ilə təmin edən Zirə-Pirallahı magistral su xətti üzərində yeni birləşmənin aparılması ilə əlaqədar mayın 1-də saat 09:00-dan etibarən gün ərzində Pirallahı qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə Trend-ə “Azərsu” ASC-dən məlumat verilib.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Xəbər xətti