Kişi fahişə yanına getdi, orda öz arvadını gördü

16:27 - 26 Aprel 2017 - HADİSƏ

Gözlənilməz hadisə İtaliyanın paytaxtı Romada baş verib. 49 yaşlı kişi dostları ilə içib əyləndikdən sonra fahişə yanına getməyi qərara alıb. O həyat yoldaşına zəng vuraraq, dostugildə gecələməli olduğunu deyib. Eur rayonuna gələn kişi burada daimi müştərisi olduğu via Cristoforo Colomboya təşrif buyurub. İlk gördüyü fahişənin yanında maşınını saxlayan romalı öz arvadını tanıyıb. Məlum olub ki, 37 yaşlı qadın bu peşə ilə çoxdandır ki, məşğul olurmuş. Davaya polislər qarışmalı olub.(istipress)

Xəbər xətti