Ana səhifə
19 Sentyabr 2018

Xalq artistindən AĞIR İTTİHAM: "Uşaq-muşaq gəlib serial üçün ssenari yazanda…"

Xalq artisti, tanınmış aktrisa Elmira Şabanova Azərbaycanda çəkilən serialları tənqid edib.

Ucnoqta.Az xəbər verir ki, yeniçağ.az-a açıqlama verən aktrisa yerli ekran əsərlərində əksər süjetlərin Türkiyə seriallarından oğurlandığını iddia edib:

"Mən adətən əcnəbi və Türkiyə kanallarına baxıram, arada öz kanallarımıza çevirirəm. Yerli seriallara baxıram, çünki aktrisa olaraq mənə çəkdiklərimiz maraqlıdır. Görürəm, hətta musiqi, qəhrəmanların istifadə etdikləri sözlər belə türk seriallarından oğurlanıb. "Kara sevda"da eşitmişəm o musiqini. Seriallarda sünilik çoxdur. ATV-də nümayiş olunan "Günəşim ol" serialı var. Kənd həyatından bəhs edir, amma baxırsan ki, kasıb adam villada lüks həyat yaşayır. Yenə biznesmen olsaydı, inandırıcı olardı.

Digər tərəfdən ən dəhşətlisi budur ki, bizim serialların əksəriyyətində vurmaq-öldürmək təbliğ olunur. Axı bu seriala uşaqlar da baxır, onlar pis örnək götürür. Qəhrəmanlar üstündə silah gəzdirir, küçədə qabağına çıxanı qətlə yetirir. Biz axı xeyirxah xalqıq, bu seriala baxan nə düşünər? Buna görə də seriallar üçün səviyyəli ssenarilər yazılmalıdır. Uşaq-muşaq gəlib serial üçün ssenari yazanda, nəticə də belə olacaq. Rövşən İsaxın çəkdiyi serialların ssenarisi barədə bir söz deyə bilmərəm, amma peşəkarcasına çəkilib".
Tarix
24 Mart 2017 [13:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin