İki avtomobil toqqquşdu - 5 yaralı

10:56 - 9 Mart 2017 - HADİSƏ

Rusiyada bir neçə nəfərin xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə paytaxt Moskvanın şərqində, Boyçovo küçəsində baş verib. Belə ki, iki minik avtomobilinin toqqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdiriliblər. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Otuz altı yaşlı həmin şəxs helikopterlə xəstəxanaya çatdırılıb.Hadisənin başvermə səbəbləri araşdırılır.

Xəbər xətti