400 minlik avtomobil qəza törətdi - Bakının mərkəzində

11:19 - 2 Mart 2017 - HADİSƏ

Bakıda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, Xətai rayonu, Sabit Orucov küçəsində “Bentley” markalı avtomobil ilə “KİA” markalı minik avtomobili toqquşub.  Nəticədə 51 və 26 yaşlı iki kişi ilə 26 və 23 yaşlı iki qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, “Bentley” markalı avtomobillərin yenisinin qiyməti 400-450 min manatdan başlayır.

Xəbər xətti