Nicat Qurbanov: "Yaxşı hərəkət etməmişəm"

 Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində keçirilən "Kəpəz" - "Qəbələ" matçı qalmaqalla yadda qaldı. Ucnoqta.az futbolinfo.az-a istinadən xəbər verir ki, ilk hissənin gedişində meydan sahiblərinin hücumçusu Nicat Qurbanovla Nika Kvekveskiri arasında yaşanan qalmaqaldan sonra hər iki oyunçu meydandan qovuldu. 

Baş verən qalmaqalla bağlı gəncəlilərin futbolçusu saytımıza müsahibə verib: 


- Oyundan sonra videotəkrara baxdım. Epizod elədi ki, tam görünmür. Kvekveskiri üzümə əl atıb, itələdi. Mən də özümdən asılı olmayaraq, refleks yarandı, əlim qalxdı. Yoxsa heç vaxt istəməzdim ki, komandamı pis vəziyyətdə qoyum. Hərəkətimə görə sonradan çox peşman oldum. Hesabda öndə idik, bu hərəkətimlə komandamı azlıqda qoydum.


- Belə başa düşdüm ki, həmin epizodda sənə qarşı heç bir təhqiredici ifadə işlədilməyib, sırf sənə əl atmasına görə rəqibi vurmusan...
- Xeyr, heç bir söz, söyüş işlədilmədi. Sadəcə, mən kadrın qarşısını kəsdiyimə görə rəqibin məni itələməsi görünmür. Əliyar Ağayev də açıqlamasında bunu deyib.


- Zərbə sənə sərt dəydi ki, rəqibi vurdun?
- Qıcıqlandım, özümdən asılı olmadı, rəqibə əl qaldırdım. Epizoda baxmışam, çox pis görünür. Yaxşı hərəkət etməmişəm. Hər nə olursa olsun, bunu etməməli idim.


- Qırmızı vərəqədən sonra sən tunelin pilləkanında əyləşmişdin, ardınca isə Kvekveskiri gəlib, sənə təsəlli verdi...
- Dedi ki, "kaş belə olmazdı". Mən də cavab verdim ki, "kim istəyərdi ki, belə olsun?" Oyun anı idi. Əliyarla oyundan sonra danışdım. Mənə dedi ki, "səni yıxdığına görə ona sarı vərəqə verməyə gəlirdim. Sonradan gördüm ki, o səni itələdi, sən də onu vurdun, ona görə də idmançıya yaraşmayan hərəkətə görə bu qərarı qəbul etdim". Mən də Əliyara "çox sağ ol" dedim. Çünki heç bir etiraz edə bilməzdim, qərarı düzgün idi. 


- Oyundan sonra kimsə irad tutdu?
- Bəli, baş məşqçimiz Şahin Diniyev irad bildirdi ki, hesabda öndə olduğumuz vaxt gərək belə etməyəydin. Komandanı pis vəziyyətdə qoydun. Komanda yoldaşlarımdan üzr istəmişəm. Şahin müəllimlə bir də söhbət edəcəm. İnanıram ki, bir də bu hərəkət təkrarlanmayacaq.


- Yəqin bilirsən, etdiyin hərəkətə görə minumum 3 oyun cəzalanacaqsan...
- Bəli, bilirəm. Futbolçu üçün 3 oyun meydana çıxmamaq ağırdı. Amma veriləcək qərara da hörmət edəcəm, səhvimi başa düşürəm. 

 

Tarix
1 Mart 2017 [15:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2017-03-01 15:46:56
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Xüsusi karantin rejiminə əməl edirsiniz?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin