Ronaldo penalti rekordçusudur

16:52 - 27 Fevral 2017 - İDMAN

"Real"ın futbolçusu Kriştiano Ronaldo növbəti rekord qırıb. Bu, La Liqanın 24-cü turunda keçirilən "Vilyarreal"la oyunda baş verib. Portuqaliyalı hücumçu bu qarşılaşmada ölkə çempionatında penaltidən 57-ci qolunu vurub.
Bununla da o, bu göstəricidə Huqo Sançesi (56 qol) geridə qoyaraq ilk pilləyə yüksəlib.

Qeyd edək ki, 2009-cü ildən "Real"da çıxış edən K.Ronaldo La Liqada 64 penaltidən 57-sini dəqiq yerinə yetirib.qol.az

Xəbər xətti