Xaçmazda iki nəfər dəm qazından boğularaq ölüb

12:13 - 29 Yanvar 2017 - HADİSƏ

Xaçmaz rayonunda iki nəfər dəm qazından boğulub. APA-nın məlumatına görə, rayonun Qarabağlı kənd sakinləri 1968-ci il təvəllüdlü Tağıyev Namiq Rza oğlu və 1976-cı il təvəllüdlü Mustafayeva Xalidə Yadigar qızı dəm qazından boğularaq ölüb.
Hər iki şəxsin meyiti ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Xəstəxanasının morquna gətirilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti