Ana səhifə
19 Fevral 2018

“Anar Həsənovun işdən çıxarılması jurnalistlər üçün dərs oldu”

MM-nin deputatı, baş redaktor: "Hətta həqiqəti jurnalistlərdən qat-qat gözəl bilən diplomatlar var. Amma görürsünüz heç biri demir, səsləndirmir, susur. Niyə?"


Lider TV-nin Moskvadakı keçmış  əməkdaşı Anar Həsənov Rusiyanın xarici işlər naziri Sergey Lavrova “Azərbaycan tərəfinin antiterror əməliyyatlarına başlayacağı və işğal olunmuş əraziləri işğalçılardan təmizləyəcəyi təqdirdə Moskva necə hərəkət edəcək: buna göz yumacaq, yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq” sualına Lavrov “Dağlıq Qarabağ ərazisində güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil” cavabını verib.
Məhz bu sualdan sonra jurnalist “Lider” kanalında çalışmır. Şirkətin “Xəbərlər” departamentinin rəisi Anar Şükürov deyib ki, müxbirin işdən azad edilməsinin ünvanlandığı sualla heç bir əlaqəsi yoxdur: “Təəssüf ki, Anar Həsənovun işdən azad olunması məhz bu ərəfəyə düşdü. Yəni müxbirin işdən çıxarılması Rusiya xarici işlər nazirinə ünvanlandığı sualla bağlı deyil”.
Şirkət hər nə qədər işdən çıxarılma səbəbinin verilən sualla bağlı olmadığını açıqlasa da, Azərbaycanı xaricdə təmsil edən jurnalistlərdə bundan sonra sual verməklə bağlı tərəddüdlər yaradır.
Məsələ ilə bağlı Milli Məclisin deputatı, Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov deyib ki, bundan sonra jurnalistlər hansı tədbirdə iştirak etdiklərini, hansı məqamda hansı sual verməyin gərəkliyini bir daha götür-qoy edəcəklər:

 
“Anar Həsənovun işdən çıxarılması bütün jurnalistlərə dərs oldu”
 
“Onlar, dövlət siyasəti, həssas məsələlərlə bağlı məqamlarda, sual verməmişdən öncə o sualın doğuracağı nəticələri, reaksiyanı nəzərə alacaqlar. Bu da onların peşəkarlığının artmasına kömək edəcək. Məsələ burasındadır ki, jurnalist bəzi dövlətlərarası məsələlərlə bağlı hansısa rəsmiyə sual ünvanlamamışdan əvvəl, hökmən redaksiya ilə, üzvü olduğu orqanla məsləhətləşməlidir. Anar Həsənovun verdiyi suala görə işdən çıxarılması jurnalistlər üçün bir dərs oldu. Onlar bir daha jurnalistin həm də siyasətçi olduğunu, verdiyi sualın, tutduğu mövqeyin dövlətin siyasətinə uyğun gəlib-gəlmədiyini, o məqamda o cür sual verməyin nə dərəcədə məntiqli olduğunu bir daha götür-qoy edəcəklər. Hər halda jurnalistikamıza belə dərslər gərəkdir”.
 

“Jurnalist alacağı cavabı təxmin edib sual verməlidir”
 
B.Sadıqov “Adi bir jurnalist ölkə həqiqətlərini dünya arenasında səsləndirə bilmirsə, səsləndirdiyi halda işdən qovulursa, biz niyə illərdir Azərbaycanın haqq səsinin dünyada eşidilmədiyindən şikayətlənirik? Jurnalist bunu edəndə qəbahət sayılırsa, o zaman siyasətçilərimiz səslərini çıxırmamalıdırmı?” sualına cavabında:
 “Söhbət Azərbaycan reallığını dünya miqyasında səsləndirməkdən getmir. Anarın verdiyi sual da Azərbaycanın reallığı ilə bağlı deyildi. Söhbət ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən gedir. Söhbət böyük bir dövlətin xarici işlər nazirinin jurnalistlərə illik hesabatından gedir. Həm də ki, elə məsələlər var ki, mən özüm də onu xırdalamaq istəmirəm. Jurnalist hansı məqamda, hansı tədbirdə kimə və necə sual verilməli olduğunu bilməlidir. Bu o demək deyil ki, jurnalist ümumiyyətlə sual verməsin. Jurnalist verdiyi sualdan hansı cavabı gözlədiyini, onun verdiyi cavabın nə dərəcədə obyektiv olacağını, hansı gerçəkliyi əks etdirəcəyini, onun doğuracağı əks-sədanın necə olacağını bilməlidir. Jurnalist bunların hamısını ölçüb-biçməlidir”.
 

“O həqiqəti hamımız bilirik, amma susmalıyıq”
 
Baş redaktor jurnalistlərin peşəkarlıq səviyyəsinin aşağı olduğuna diqqət çəkib:
“Biz öyrənmişik ki, ölkədaxilindəki bütün tədbirlərdə istənilən sualı verməyə açıqıq. Ulu öndər Heydər Əliyev tez-tez jurnalistlərə deyirdi ki, “siz sual verməyi öyrənin”, “çalışın ki, peşəkarlığınızı artırasınız”.
Bəzən hətta cavabı bəlli suallar verilir. Bəzən o bəlli cavab Azərbaycanın, dövlətin maraqlarına o məqamda uyğun gəlmir və gəlmirsə biz o sualı verməməliyik. Anarın verdiyi sualda həqiqətin açılşından söhət getmir.
O həqiqəti hamı bilir, onu bilməyən yoxdur. Hətta həqiqəti jurnalistlərdən qat-qat gözəl bilən diplomatlar var. Amma görürsünüz heç biri demir, səsləndirmir, susur. Niyə?
Çünki diplomatik normalar, prinsiplər, tələblər var. O məsələni qabartmağın məqamı, yeri var. Bu, məqamında və yerində verilməmiş sualdır. Bu, redaksiya ilə razılaşdırılmamış sualdır. Ona görə də aqibəti belə oldu. Bu, dövlətlərarası həssas məsələyə toxunan sualdır. Jurnalstiləri müdafiə etmək lazımdır. Amma həm də iradları bildirmək gərəkdir ki, peşəkarlığı artsın. Anarın əlinə sual vermək imkanı düşmüşdü. O, elə bir sual verə bilərdi ki, Lavrovun verdiyi cavab onun özü və dövləti üçün də məqbul olardı. Anar naziri danışdıra bildiyinə görə jurnalist kimi dəyəri də artardı. Görünən odur ki, götür-qoy olunmayıb, peşəkarlıq çatışmayıb, siyasi fəhm çatmayıb”.

modern.az

Tarix
28 Yanvar 2017 [17:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ