Bu gün Azərbaycan Premyer Liqasında III dövrəyə start verilir

14:24 - 28 Yanvar 2017 - İDMAN

Bu gün Topaz Premyer Liqasında 42 günlük fasilə başa çatır. İlk oyun günündə 2 matç keçiriləcək.  III dövrəyə Qəbələdə start veriləcək. Çempionluğa 2 namizəddən biri olan Roman Qriqorçukun komandası öz meydanında “Sumqayıt”ı sınağa çəkəcək.
Günün ikinci matçı isə “İnter Arena”da oynanılacaq. Beynəlxalq Bankın sponsorluğundan məhrum olan “İnter” “Kəpəz”lə üz-üzə gələcək. 


28 yanvar

15:00. "Qəbələ” - "Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu

17:30. "İnter” - "Kəpəz”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Ziya Nəsirov
"İnter Arena” 


29 yanvar 

15:00. "Zirə” - AZAL
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Mübariz Haşımov, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Elvin Əsgərov
Zirə İdman Kompleksinin stadionu

17:30. "Qarabağ” - "Neftçi”
Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Mehman Mahmudov, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
"Azərsun Arena” 

Xəbər xətti