"Qarabağ" yeni transferini gerçəkləşdirib

15:40 - 6 Yanvar 2017 - İDMAN

"Qarabağ" 2016/17-ci illər mövsümünün qış transfer pəncərəsində növbəti transferini gerçəkləşdirib. Ucnoqta.az-ın xəbərinə görə, klub "İnter"dən ayrılan, milli komandanın üzvü Ağabala Ramazanovu heyətinə qatıb. Futbolçuyla 1.5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 24 yaşlı hücumçu daha əvvəl "Neftçi", "Xəzər Lənkəran", "Sumqayıt" və "İnter" klublarının formasını geyinib. 2014-cü ildən milli komandaya dəvət alan Ağabala Ramazanov 1 qolla yadda qalıb.

Xəbər xətti