Ana səhifə
20 Noyabr 2017

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Bakıya gəlir

 Beynəlxaq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer Bakıya gəlir. "Report"un məlumatına görə, rumıniyalı funksioner paytaxtda İJF-nin hakimlər və məşqçilər üçün keçirəcəyi beynəlxalq seminarına qatılacaq.
Yanvarın 6-da start götürəcək seminarda 99 ölkədən 370 nümayəndə iştirak edəcək. İki gün davam edəcək tədbirdə İJF-nin bütün komitə rəhbərləri, qitə federasiyalarının rəsmiləri, Fransa, Monqolustan, Türkiyə və bir çox ölkələrin federasiya prezidentləri də yer alacaq. Seminarda məqsəd cüdo idman növünün hakimlik və yarış qaydalarında olan yeniliklərin həm nəzəri, həm də praktiki olaraq iştirakçıların diqqətinə çatdırmaqdır.

Heydər Əliyev adına İdman Sarayında keçiriləcək seminara saat 09:30-da start veriləcək.
Tədbir İJF və Azərbaycan Cüdo Federasiyasının rəsmi saytı, eləcə də Youtube kanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, Marius Vizerin səfər çərçivəsində rəsmi görüşlərdə də iştirakı nəzərdə tutulub. 

Tarix
5 Yanvar 2017 [12:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ