Ardadan het-trik - VİDEO

14:16 - 7 Dekabr 2016 - İDMAN

Ötən axşam Çempionlar Liqasının qrup mərhələsinin son turunda "C" qrupunda "Barselona" öz meydanında Münhenqladbax "Borussiya"sını qəbul edib. Milli.Az xəbər verir ki, 4:0 hesab ilə qələbə qazanan Kataloniya klubunda Arda Turan 3 dəfə fərqlənib. Messinin vurduğu ilk qolun məhsuldar ötürməsi də Ardanın ayağına yazılıb.

C qrupu
"Barselona" (İspaniya) - "Borussiya" (Münhenqladbax, Almaniya) 4:0 
Qollar: Messi, 16` (1:0), Arda Turan 50`, (2:0); 53` (3:0), 67` (4:0)

Qeyd edək ki, Arda Turan Tuncay Şanlı və Burak Yılmazdan sonra ÇL-də het-trik edən 3-cü türk kimi futbol tarixinə keçib.

Xəbər xətti