Hindistanın güclü yağışlar- 1500-dən çox turist ...

11:14 - 1 İyun 2025 - DÜNYA

Hindistanın şimal-şərqindəki Sikkim əyalətində güclü musson yağışlarının səbəb olduğu daşqınlar və torpaq sürüşmələri səbəbindən 1500-dən çox turist sıxışıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Mint” qəzeti məlumat yayıb.

Torpaq sürüşməsi səbəbindən turistlərin sıxışdığı ərazilərə gedən yollar bağlanıb. İstirahətə gələnlərə havalar yaxşılaşana qədər otellərdə qalmaları tövsiyə olunur.

Yerli Teesta çayında davam edən yağışlar və yüksək suyun səviyyəsi ilə əlaqədar qırmızı xəbərdarlıq elan edib.

Xəbər xətti