Kəlbəcərdə traktor minaya düşüb, xəsarət alan var

20:33 - 1 İyun 2025 - ÖLKƏ İÇİ

Kəlbəcərdə traktor minaya düşüb, xəsarət alan var.

"Report"un məlumatına görə, rayonun Susuzluq kənd ərazisində traktorun minaya düşməsi nəticəsində 1989-cu il təvəllüdlü Rəşadət Əsədov xəsarət alıb.

Xatırladaq ki, mayın 30-da Ağdərədə, mayın 31-də isə Goranboyda mina hadisəsi qeydə alınıb, iki nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti