Yolu keçmək istəyən Türkiyə vətəndaşını avtomobil vurdu - Bakıda

Bakıda Türkiyə vətəndaşını avtomobil vurub. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. 

Oradakı "Mc Donalds" restoranından çıxaraq yolu keçmək istəyən Türkiyə vətəndaşı Özkurt Mehmedi avtomobil vurub. Nəticədə M.Özkurt ağır bədən xəsarətləri alıb. O, təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Həkimlər M.Özkurtun vəziyyətini ağır kimi qiymətləndiriblər.
Hadisəni törədən sürücünün izahatı alınıb və avtomobili cərimə meydançasına aparılıb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalar davam edir.

Tarix
2 Dekabr 2016 [14:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2016-12-02 14:02:03
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin