Avtomobilin yanacaq çənindən mobil telefonlar çıxdı

14:51 - 30 Noyabr 2016 - HADİSƏ

Gömrükdə avtomobilin yanacaq çənindən mobil telefonlar tapılıb. Dövlət Gömrük Komitəsindən Ucnoqta.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.

Məlumatda bildirilir ki, baxış zamanı avtomobilin yanacaq çəninin içərisində gömrük nəzarətindən gizlədilən 12 ədəd “Samsung Galaxy J2”, 1 ədəd “Samsung Galaxy J5” markalı mobil telefonlar, eyni zamanda, mobil telefonlara aid aksesuarlar - 22 ədəd mobil telefon qutusu, 12 ədəd qidalandırıcı başlıq, 12 ədəd USB kabel və 9 ədəd “qulaqcıq” aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti