5 bəbir balası doğulub - Azərbaycanda

Hirkan Milli Parkı (MP) ərazisində 2016-cı ilin payız aylarında ana bəbirin 2 balası ilə fotoşəkli qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən apa-ya verilən məlumata görə, fotoları Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) beynəlxalq ekoloji kampaniyası Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) dəstəyi ilə bəbirlərin populyasiyasının bərpası ilə bağlı keçirdiyi layihə çərçivəsində quraşdırılmış foto-tələlər vasitəsilə əldə etmək mümkün olub.

Bildirilib ki, Hirkan MP-da bəbirlərin əsas qidasını yabanı donuz, cüyür və digər məməlilər (çaqqal, porsuq, tirəndazlar və s) təşkil edir: “Parkda bəbirlərin təbii artımı faktoloji olaraq ilk dəfə isbat edilib. Eyni zamanda Naxçıvan Muxtar Respublikası ərazisində Həsən Əliyev adına Zəngəzur Milli Parkında da bəbir ailəsi 3 balası ilə müşahidə olunub. Milli Park yaradıldıqdan sonra ərazidə bəbirlərin əsas qidası hesab olan bezoar keçilərinin sayının bərpa olunması, nadir və nəsli kəsilməkdə olan yırtıcı növlərin sayına müsbət təsir edib. Milli Park ərazisindəki güclü mühafizə rejimi və bol qida mənbəyi 3 balanın böyüməsinə şərait yaradıb”.

“Son bir neçə ildə artıq dəfələrlə qeydə alınan nadir fauna növlərinin görüntüləri faktı ölkə başçısının ekoloji şəraitin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində həyata keçirdiyi ardıcıl siyasətin məntiqi nəticəsi, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA beynəlxalq ekoloji kampaniyasının təşəbbüskarı Leyla Əliyevanın son illər Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 5 fauna növünün (ayı, canavar, ceyran, qartal və bəbir) qorunmasını əhatə edən “Böyük beşlik” proqramı çərçivəsində gördüyü işlərin bəhrəsidir”, - deyə məlumatda qeyd olunub.

 

Tarix
30 Noyabr [14:00]
Müəllif
Ucnoqta.az
Digər xəbərlər

Bu il baş verəcək Ay tutulmaları Azərbaycanda da müşahidə ediləcək

Bu il baş verəcək Ay tutulmaları Azərbaycanda da müşahidə ediləcək

Prezidentlə yeməyin qiyməti - 300 min dollar

ABŞ-ın ən qalmaqallı prezidenti 4 gün sonra and içəcək

Bakıda taksi sürücüsü hər kəsi kövrəltdi – FOTO

"Taksi şəhid ailələri üçün pulsuzdur - ödəniş ataları tərəfindən edilib"

Avropanın ilk sualtı muzeyi - FOTO

“Museo Atlatico” muzeyində 300-ə yaxın eksponat 12-15 metr dərinliyində quraşdırılıb

Meteorit Yer kürəsini sıyırıb keçdi

Astroloqlar diametri 30 metr olan meteoritin Yer kürəsinin Ayla məsafəsinin yarısı qədər uzaqlıqdan keçdiyini aşkarlayıblar

Referenduma yox deyənlərlə cinsi əlaqədə olan aktrisa: "Yoruldum artıq" - VİDEO

FOTO

Soyuq havada mini ətək geyindi: hər kəs ona baxdı - FOTO

Soyuq havada mini ətək geyindi: hər kəs ona baxdı

Allahın adını çəkir: çılpaq şəkillərini yayır - FOTO

Allahın adını çəkir: çılpaq şəkillərini yayır

"Titanik"in qəzaya uğramasında YENİ VERSİYA

Bu smartfonlar WhatsApp-sız qalacaq

Xəbər xətti
Çox oxunanlar
Köşə yazıları
Sorğu
İşğal altında olan torpaqların hansı yolla qaytarılmasına tərəfdarsan?
 müharibə
 sülh
 bilmirəm
Maraqlı

Bakı şəh,Yasamal rayonu,

Mikayıl Müşfiq küç 15/17

Tel: (012) 539-19-05,539-19-04

Email: [email protected]

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.