Şimali Koreya liderinə xidmət edən klinikanın vəzifəli məmuru ölkədən qaçıb

Şimali Koreyanın yüksək vəzifəli məmuru ailə üzvləri ilə birlikdə Çinə qaçıb. "Report" "İnterfax"a istinadən xəbər verir ki, o, ölkənin lideri Kim Çen Ina və ailə üzvlərinə xidmət edən klinikanı dərmanla təchiz edirmiş. Məlumata görə, həmin məmur Şimali Koreya Səhiyyə Nazirliyinin təmsilçisi olaraq, həm də ölkə paytaxtı Pxenyandakı klinikalardan birinə dərman preparatlarının tədarükünə məsuliyyət daşıyırmış. İnformasiyaya əsasən, o, Çindən sığınacaq almağa səy göstərir. Yaponiya mətbuatı yazıb ki, Şimali Koreyanın iki məmuru Yaponiyanın Pekindək səfirliyinə sığınacaq almaq üçün müraciət edib. Amma səfirlik bu xəbəri təkzib edib.

Tarix
5 Oktyabr 2016 [11:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2016-10-05 11:28:21
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Xüsusi karantin rejiminə əməl edirsiniz?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin