'Pegasus' Azərbaycandan uçuşları müvəqqəti dayandırdı

Türkiyənin aşağıbüdcəli “Pegasus” aviaşirkəti Azərbaycandan uçuşları dayandırıb. Bu barədə fins.az-a aviaşirkətdən bildirilib. Məlumata görə, Qəbələ-İstanbul və əks istiqamətə uçuşlar sentyabr ayının 30-dan etibarən dayandırılıb. Şirkətdən tam olaraq səbəb açıqlanmasa da, uçuşların mövsümü xarakterli olduğu üçün dayandırıldığı bildirilib. “Pegasus”dan o da bildirilib ki, Azərbaycana yeganə olaraq Qəbələdən uçuşlar mart ayında yenidən bərpa ediləcək.

Qeyd edək ki, aviaşirkət 2016-cı ilin mart ayından etibarən Qəbələdən uçuşları bərpa etmişdi. Şirkət Qəbələ hava limanından həftədə 3 reys həyata keçirirdi.

Tarix
4 Oktyabr 2016 [19:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2016-10-04 19:48:24
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin