Maliyyə Nazirliyi ADİF-ə yeni kreditin ayrılması üçün zəmanət verib

Maliyyə Nazirliyinin Kollegiyası Əmanətlərin Sığortalanması Fonduna (ADİF) Mərkəzi Bank tərəfindən ayrılacaq 460 mln. manat məbləğində kreditə və ona hesablanacaq faizlərə dövlət zəmanəti verilməsi ilə bağlı qərar qəbul edib.  Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, oktyabrın 4-də Maliyyə Nazirliyində növbədənkənar kollegiya iclası keçiriib. İclasda maliyyə naziri, kollegiyanın sədri Samir Şərifovun sədrliyi ilə (ADİF) Azərbaycan Mərkəzi Bankı tərəfindən ayrılacaq 460 mln. manat məbləğində kreditə və ona hesablanacaq faizlərə dövlət zəmanətinin verilməsi ilə bağlı AMB-nin müraciətinə baxılıb.

Qeyd edilib ki, Mərkəzi Bankın müraciəti “Əmanətlərin sığortalanması haqqında” qanunun 4.1.7-ci və 17.2-ci maddələrinə və Prezidentin 2016-cı il 1 mart tarixli fərmanına uyğun olaraq Maliyyə Nazirliyinə təqdim olunub.
AMB tərəfindən ADİF-ə kreditin verilməsi ləğv edilmiş “Bank Standad” QSC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün likvid vəsait çatışmazlığının aradan qaldırılması məqsədi daşıyır.
Maliyyə Nazirliyinin Kollegiyası əmanətçilərin hüquqlarının qorunması, onların ölkənin bank sisteminə etibarının gücləndirilməsi, habelə bank sisteminin dayanıqlığının təmin edilməsinin vacibliyini nəzərə alaraq ADİF-ə Mərkəzi Bank tərəfindən ayrılacaq 460 mln. manat məbləğində kreditə və ona hesablanacaq faizlərə dövlət zəmanəti verilməsi ilə bağlı müsbət qərar qəbul edib.

Tarix
4 Oktyabr 2016 [16:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2016-10-04 16:02:20
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin