Azərbaycanda bağlanan 3 bankın qorunmayan əmanətçilərinə kompensasiya ödəniləcək

Azərbaycanın sığorta hadisəsi baş vermiş 9 kommersiya bankından üçündə - “Parabank”, “Qafqaz İnkişaf Bankı” və “Dekabank” ASC-lərinin qorunmayan əmanətçilərinə kompensasiya ödənişinə başlanacaq.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib. Məlumata görə, artıq adı çəkilən bankların qorunan əmanətçilərinə kompensasiya ödənişi demək olar ki, yekunlaşıb. Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) 30 sentyabr 2016-cı il tarixinə “Parabank”ın qorunan əmanətçilərinə 32 675 532 manat, “Qafqaz İnkişaf Bankı”nın - 1 705 056 manat, “Dekabank”ın - 2 772 350 manat kompensasiya ödəyib. Ümumilikdə 3 bank üzrə 37 152 938 manat kompensasiya ödənilib.

Tarix
4 Oktyabr 2016 [11:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2016-10-04 11:04:08
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin