Azərbaycan nümayəndə heyəti Şimon Peresin dəfnində iştirak etmək üçün Təl-Əvivə gedib

11:35 - 30 Sentyabr 2016 - Xəbər

Azərbaycanın nümayəndə heyəti İsrailin keçmiş prezidenti Şimon Peresin dəfn mərasimində iştirak etmək üçün Təl-Əviv şəhərinə yola düşüb. “Report”un xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Nümayəndə heyətinə baş nazirin müavini Elçin Əfəndiyev başçılıq edir. Qeyd edək ki, İsrailin 9-cu prezidenti Şimon Peres sentyabrın 28-də 93 yaşında vəfat edib. Sabiq dövlət başçısı bu gün dəfn olunacaq.

Xəbər xətti