MSK sədri referendumda qutuya topa bülleten atılması ilə bağlı yayılan videolara münasibət bildirib

15:00 - 27 Sentyabr 2016 - Xəbər

 Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilən ümumxalq səsverməsində bəzi məntəqələrdə qutuya topa bülleten atılması və bir şəxsin iki dəfədən artıq səsverməsini əks etdirən video görüntülərə münasibət bildirib.

“Report”un xəbərinə görə, MSK sədri deyib ki, həmin görüntüləri izləyiblər və bununla bağlı tədbir görəcəklər.
O bildirib ki, əgər hər hansı pozuntu aşkar olunarsa, həmin məntəqələrin nəticələrin ləğv edləcək: “Bu işdə məsulyyətli olmaq lazımdır. Ölkə rəhbərliyi bu məsələdə necə diqqətli və məsuliyyətlidirsə, ayrı-ayrı dairə və məntəqə sədrləri də işlərində məsuliyyətli olmalıdır. Bu halların baş verməsinə baxmayaraq, səsvermənin gedişinə kölgə sala bilməz. Arzu edərdik ki, bu hallar baş verməsin. Biz səsverməni beynəlxalq standartlara uyğun təşkil etmişik”.

Xəbər xətti