Referendumla bağlı Azərbaycan polisi sabahdan gücləndirilmiş iş rejiminə keçəcək

11:13 - 23 Sentyabr 2016 - Xəbər

 Azərbaycan polisi referendumla əlaqədar sabahdan – sentyabrın 24-dən gücləndirilmiş iş rejiminə keçəcək.
“Report”un xəbərinə görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Ramil Usubov əmr imzalayıb.
Əmrlə, ölkə polisi sentyabrın 24-dən 29-dək gücləndirilmiş iş rejimində işləyəcək.
Qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-na ümumxalq səsverməsi (referendum) təyin edilib.

Xəbər xətti