TÜRKPA Azərbaycanda referendumu müşahidə edəcək

16:16 - 22 Sentyabr 2016 - Xəbər

Milli Məclisin dəvəti ilə TÜRKPA beynəlxalq müşahidəçilər missiyası 26 sentyabr 2016-cı il tarixində Azərbaycan Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı referendumun qısamüddətli monitorinqini həyata keçirəcək.TÜRKPA-dan Trend-ə verilən məlumata görə, missiya Qazaxıstan, Qırğızıstan və Türkiyənin parlament üzvləri, eləcə də TÜRKPA Katibliyinin nümayəndələrindən ibarətdir.Səsvermə günü missiya üzvləri bir neçə səsvermə məntəqəsində müşahidə aparacaq.

Xəbər xətti